AZƏRBAYCAN XİN UQANDAYA BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məktəbdə törədilən terror aktı ilə əlaqədar Uqandaya başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirilib.

“Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Tələbələrin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”, – məlumatda qeyd olunub.