XİN: AZƏRBAYCAN QARABAĞ BÖLGƏSİNİN ETNİK ERMƏNİ SAKİNLƏRİNİ REİNTEQRASİYA ETMƏK ƏZMİNDƏDİR

“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər, milli qanunvericilik buna zəmin yaradır.