QMİ: ƏLİ ƏLİYEV İŞDƏN ÇIXARILIB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, – QMİ-nin məlumatında vurğulanıb.