PREZİDENT İLHAM ƏLİYEV İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ OLUB, SİLVİO BERLUSKONİNİN VƏFATI İLƏ ƏLAQƏDAR BAŞSAĞLIĞI VERİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəlib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.