
Dünən Laçın sərhəd-buraxılış məntəqəsində Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazisində dalğalanarkən Azərbaycan Sərhəd Mühafizəsinin hərbi qulluqçularına atəş açılıb.
Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə “Twitter” hesabında bildirib.
“Bu körpünü Azərbaycan bu yaxınlarda tikib. Bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”, – deyə o əlavə edib.



