MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN MÖVQELƏRİMİZİ MİNAATANLARDAN ATƏŞƏ TUTUB

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.