
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, dövlət başçılarının mətbuata açıqlamaları Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.
24news.ge, interpressnews.ge, kavkasia.net, gaxa.ge, aktual.ge, 1tv.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziyasında səfərlə bağlı silsilə materiallar dərc olunub.
Azərbaycan, gürcü və rus dillərində yayılan məlumatlar dövlət başçılarının qarşıda duran vəzifələr və əldə olunacaq uğurlar, xüsusən də Azərbaycan qazının nəqli, Zəngəzur dəhlizi, Şuşada Türkiyə Respublikasının konsulluğunun açılacağı barədə fikirlər geniş yer alıb.


