AZƏRBAYCAN XİN PORTUQALİYANI MİLLİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Portuqaliya xalqını Milli Günü münasibətilə təbrik edib.

Bu barədə Nazirlik öz “Twitter” səhifəsində yazıb.

“Portuqaliya Günü münasibətilə Portuqaliya hökumətinə və xalqına səmimi təbriklərimizi və hərarətli arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da dərinləşməsini və inkişafını gözləyirik!”, – deyə bildirilib.