RƏCƏB TAYYİB ƏRDOĞAN ŞİMALİ KİPR PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfərə gedib.

Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatarla görüşüb.

Türkiyə Prezidentinin Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq, Adada baş verənlər regional və qlobal ölçüləri ilə ətraflı şəkildə müzakirə ediləcək.

Qeyd edək ki, bu R.T.Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk xarici səfəridir. Növbəti səfəri isə Azərbaycana olacaq.

Xatırladaq ki,Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.