HƏRBİ QULLUQÇUMUZ ABŞ ORDUSUNUN NÜFUZLU MÜKAFATINA LAYİQ GÖRÜLÜB 

Azərbaycan Ordusunun hərbi qulluqçusu ABŞ Silahlı Qüvvələrinin nüfuzlu mükafatı ilə təltif olunub.

ABŞ-da keçirilən “Komanda qərargah zabitlik kursu”nu müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçusu Emil Qasımov ölkəmizi layiqincə təmsil edərək nüfuzlu “General-mayor Hans Şlup” mükafatına layiq görülüb.

Ümumilikdə 95 ölkədən 125 xarici tələbənin iştirak etdiyi kursda təqdim olunan bu mükafat ABŞ Ordusunun Komanda Qərargah Kollecində (United States Army Command and General Staff College (CGSC) müxtəlif dövlətlərdən olan hərbi qulluqçular arasından beynəlxalq hərbi əməkdaşlıq sahəsində mükəmməl nəticələrinə görə seçilən hərbi qulluqçulara təqdim olunur.