TALEH KAZIMOV: MƏRKƏZİ BANK BU İLİN İYUN AYINDAN BAŞLAYARAQ İNFLYASİYA PROQNOZLARINI AÇIQLAYACAQ

Mərkəzi Bank bu ilin iyun ayından başlayaraq makroiqtisadi göstəricilərlə bağlı inflyasiya proqnozlarını açıqlayacaq.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasında deyib.

O diqqətə çatdırıb ki, proqnozlar illik inflyasiya üzərində qurulub. İllik və rüblük proqnozların verilməsi beynəlxalq təcrübədir.

Taleh Kazımov müvafiq qurumları iqtisadi göstəricilərlə bağlı öz proqnozlarını mütəmadi olaraq Mərkəzi Banka göndərməyə çağırıb.