
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin ikinci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 20-si saat 23:59-dək aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanın ikinci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. İkinci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər birinci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
İyunun 12-si saat 09:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 6547, II ixtisas qrupu üzrə 5796, III ixtisas qrupu üzrə 6628, IV istisas qrupu üzrə 1724 olmaqla, ümumilikdə 20695 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.