QOBUSTANDA ZƏLZƏLƏ OLUB

Qobustan rayonunda 3 bal gücündə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 57 kilometr dərinlikdə yerləşib.