AVSTRALİYADA 6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Avstraliyanın Makkuori adası sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.