METRO İŞÇİLƏRİNİN MAAŞLARI ARTIRILIB

Bakı Metropoliteni QSC-nin işçilərinin maaşları artırılıb.

Artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub.

Qərar metroda çalışan 5 000-ə yaxın əməkdaşın hamısının maaşları 15 % artırılıb.

Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.