BU SAHƏ ÜZRƏ DÖVLƏT SİFARİŞLİ YERLƏRİN SAYI ARTIRILACAQ

Bu ildən etibarən tibb təhsilinə qəbul olanların 91 faizi dövlət sifarişi əsasında təhsil alacaq.

Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, bu sahədə 2023-2024-ci il tədris ilindən dövlət sifarişli yerlərin sayı artırılacaq.