KÜRMÜKÇAYDA GECƏDƏN BAŞLAYAN SEL HAZIRDA DAVAM EDİR

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız (Quba), Şahdağda (Qusar) şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi əsib, arabir Bakıda və Abşeron yarımadasında 16 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-29°, Naxçıvan Muxtar Respublikasında 27-29°, dağlıq rayonlarda 12-14°, Aran rayonlarında 20-25° isti, yüksək dağlıq ərazilərdə 6°-dək isti təşkil edir.