AZƏRBAYCANLA SLOVAKİYA ARASINDA YENİ SAZİŞ İMZALANIB

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə səfəri çərçivəsində imzalanıb.

Sənədin iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Azərbaycanla Slovakiya arasında yeni saziş imzalandı (FOTO)