CEYHUN BAYRAMOV ATƏT-İN DAİMİ ŞURASININ NÖVBƏDƏNKƏNAR İCLASINDA ÇIXIŞ EDİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vyanada ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında çıxış edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, bu gün Avstriyaya işgüzar səfərə gedən Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada da iştirak edib.