OMAN SULTANI PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.