LUİS ABİNADER PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRİB

Dominikan Respublikasının Prezidenti Luis Abinader Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram”.