FRANSANIN METZ ŞƏHƏRİ İLƏ AZƏRBAYCANIN REGİONLARI ARASINDA ƏMƏKDAŞLIĞA DAİR FİKİR MÜBADİLƏSİ APARILIB

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Metz şəhərinin meri Fransua Grosdidye (François Grosdidier) ilə görüşüb.

Səfirliyin Mədəniyyət Mərkəzində keçirilmiş görüşdə Metz şəhəri ilə Azərbaycanın regionları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mer səfirə səmimi qəbula görə təşəkkür edib.