AZƏRBAYCAN MÜDAFİƏ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK ÜÇÜN ƏLAVƏ VƏSAİT AYIRIR

Azərbaycanda müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılır.

Yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur.

Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70,0 milyon manat təşkil edəcəkdir.