BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA RƏCƏB TAYYİB ƏRDOĞANI QƏLƏBƏ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” – Mehriban Əliyeva qeyd edib.