CÜDOÇULARIMIZ AVSTRİYA QRAN-PRİ TURNİRİNİ ÜÇ MEDALLA BAŞA VURUBLAR

Azərbaycan cüdoçuları Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirini üç medalla başa vurublar.

Komandamız iki gümüş və bir bürünc medalla kifayətlənib.

Qran-Pri turnirinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.