FHN SEL VƏ DAŞQIN TƏHLÜKƏSİ İLƏ BAĞLI ƏHALİYƏ MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi (FHN) sel və daşqın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə qeyd edilir ki, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

“Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.