AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYAYA İŞGÜZAR SƏFƏR EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfər edib.

Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.