SABAH BAKIDA VƏ ABŞERON YARIMADASINDA 32 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ

Azərbaycanda mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu olacaq. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.