SİNAN OĞAN: SEÇKİLƏRİN İKİNCİ TURUNDA RƏCƏB TAYYİB ƏRDOĞANI DƏSTƏKLƏYƏCƏYİK

Türkiyədə prezident seçkilərinin birinci turunda 5,17 faiz səs toplayan Sinan Oğan tərəfdarlarını ikinci turda ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırıb.
ATA ittifaqından prezidentliyə namizəd Sinan Oğan bu bəyanatı yerli telekanalların efirində səsləndirib.
“Prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyimi bildirirəm. Tərəfdarlarımı seçkilərdə onu dəstəkləməyə çağırıram”, – deyə Sinan Oğan bəyan edib.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən birinci turunda Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğu 44,88 faiz, ATA İttifaqından namizəd Sinan Oğan isə 5,17 faiz səs toplayıb.