TEYMUR KƏRİMLİ: “GÜL DƏFTƏRİ”NİN UNESCO-NUN REYESTRİNƏ SALINMASI ÜZƏRİNDƏ BİR NEÇƏ İL ÇALIŞDIQ

“Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması üzərində bir neçə il çalışdıq. Bu gün Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin böyük bilicisi kimi ruhu şaddır.

Bu fikirləri AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli bu gün keçirilən tədbirdə deyib.

O, Ulu Öndərin 100 illiyində əlyazmanın dünya reyestrinə salınmasını əlamətdar hadisə hesab etdiyini deyib.

“Natəvan təkcə şuşalı, qarabağlı deyil, bütünlüklə azərbaycanlıdır. XIX əsrdə Şuşada təkcə azərbaycanlılar yox, həm də ermənilər yaşayırdı. Amma oradan erməni sənətkarı çıxmayıb.

Bu gün Azərbaycan xalqı öz Ümummilli Liderinin dediyi kimi əbədi və dönməz müstəqilliyini yaşayır. Əsərlərimizin dünyada qəbul olunması zəngin mədəniyyətimizin sübutudur”, – deyə akademik Teymur Kərimli söyləyib.