ƏFQANISTANDA 5,3 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Bu gün Əfqanıstanın şimal-şərqində Pakistanla Tacikistanın sərhədlərı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Tacikistanın İşkaşim yaşayış məntəqəsindən 35 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 80 kilometr dərinlikdə yerləşıb.

Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir. Ariana News telekanalının məlumatına görə, yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabildə də hiss edilib.