
Elektroenergetika sektorunda qiymətlərlə (tariflər) bağlı yeni qaydalar müəyyən edilir.
Bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Elektroenergetika haqqında” yeni qanunda əksini tapıb.
Qanuna əsasən, elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər tənzimləyici tərəfindən müəyyən edilir.
Elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər asagıdakılardır:
– elektrik enerjisinin ötürüIməsi tarifləri;
– elektrik enerjisinin paylanması tarifləri;
– bazar operatorunun xidmətlərinin tarifləri;
– ötürücü va paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;
– sərbəst olmayan istehlakçılara, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindan elektrik enerjisinin təchizatı tarifləri.