SAKİT OKEANDA GÜCLÜ ZƏLZƏLƏ SƏBƏBİNDƏN SUNAMİ TƏHLÜKƏSİ ELAN OLUNUB

Mayın 19-da səhər saatlarında Yeni Kaledoniya sahillərində 7,7 bal gücündə güclü zəlzələ baş verib, sunami təhlükəsi var.

Bu barədə ABŞ-ın Geologiya xidməti məlumat yayıb. Seysmoqrafların məlumatına görə, yeraltı təkanın episentri Fici adasının cənub-qərbinə, Yeni Zelandiyanın şimalına, Avstraliyanın isə şərqinə düşür.

Sakit okeanın sunami xəbərdarlığı mərkəzinin proqnozuna görə, Vanuatu adaları rayonunda üç metrlik dalğalar əmələ gələ bilər.