FUAT OKTAY: ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ KİMİ MƏSƏLƏLƏRDƏ QƏTİYYƏTLƏ HƏRƏKƏT ETMƏK LAZIMDIR

Ermənistan-Azərbaycan münaqişəsi, Ukraynadakı vəziyyət, Suriya, İraq münaqişələri kimi məsələlərdə tez hərəkətə keçmək, düzgün qərar qəbul etmək lazımdır.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin vitse-prezidenti vəzifəsinin bir neçə şəxsə verilməsi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

“Vəziyyətin və şərtlərin dinamikasına uyğun olaraq, zərurət yarandıqda, qərarlara çox tez yenidən baxmaq lazımdır. Bütün strukturlarımız çox gərgin rejimdə çalışır”, – deyə F.Oktay qeyd edib.

O əlavə edib ki, mövcud sistemin əsaslarına təsir etmədən inkişaf etdirmək lazımdır: “Harada çatışmazlıqlar varsa, orada düzəlişlər edilə bilər”.