QVATEMALADA 6,1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Qvatemalada 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri San-Xuan Sakatepekes şəhərindən 48 kilometr şimal-qərbdə, ocağı isə 255 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.