31 MAYDAN ETİBARƏN AZƏRBAYCANDA AÇIQ HAVADA MASKA TAXILMASI LƏĞV OLUNUR

31 maydan etibarən Azərbaycanda açıq havada maska taxılması ləğv olunur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.