
Mayın 23-24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Məhkəmə arxeologiyası və antropologiyası” mövzusunda birinci beynəlxalq konfrans keçiriləcək.
Bu barədə AMEA-dan bildirilib. Konfrans AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Elmi konfransın məqsədi Azərbaycanda məhkəmə arxeologiyası və antropologiyasının bünövrəsinin beynəlxalq standartlar əsasında və sahələrarası konsepsiya və humanitar yanaşma çərçivəsində qoyulması və inkişaf etdirilməsi məqsədilə sözügedən sahələrdə çalışan beynəlxalq və yerli ekspert və alimləri bir araya gətirməkdir.