BAKI 2027-Cİ İLDƏ BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINA EV SAHİBLİYİ EDƏCƏK

Bakı 2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyası bildirir ki, bu barədə qərar Antalyada keçirilən Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.

Çempionat 2027-ci il sentyabrın 15-19-da keçiriləcək.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.