AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.