YAPONİYADA 2022-2023-CÜ TƏDRİS İLİ ÜZRƏ TƏQAÜDLÜ TƏHSİL ALMAQ İMKANI

Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-2023-cü tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna başlayıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif səviyyələrini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix iyunun 3-ü və 10-u (proqramdan asılı olaraq) nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.