XİN: AZƏRBAYCAN-YUNANISTAN ƏMƏKDAŞLIĞIN DAHA DA İNKİŞAFINI GÖZLƏYİRİK

Bu gün Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsindəki paylaşımında deyilir.

“Bu münasibətlə Yunanıstan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan-Yunanıstan əməkdaşlığın daha da inkişafını gözləyirik”, – paylaşımda qeyd olunur.