TÜRKİYƏNİN MOSULDAKI BAŞ KONSULLUĞUNA HÜCUM OLUB

İyulun 27-də səhər saatlarında Türkiyənin Mosuldakı baş konsulluğuna hücum olub. İnsan tələfatına səbəb olmayan bu hücumu gerçəkləşdirən şəxslərin dərhal aşkarlanıb ədalət qarşısına çıxarılmasını gözləyirik.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
İraq tərəfinin diplomatik korpusun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyətini yerinə yetirməyə dəvət olunduğu açıqlamada, həmçinin deyilir: “İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda bu hücumun baş verməsi ağır hadisə və düşündürücüdür. Bununla əlaqədar biz İraq hakimiyyətini diqqəti terrorizmlə mübarizəyə yönəltməyə, öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırışımızı təkrar edirik”.