TÜRKİYƏ SURİYANIN ŞİMALINDA 9 TERRORÇUNU MƏHV EDİB

Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarını davam etdirir.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, bölgədə PKK terrorçularının atəşə cavab olaraq Türkiyə ordusu artilleriya ilə zərbələr endirib. Nəticədə 9 terrorçununu zərərsizləşdirildiyi məlumat verilib.

Son sutka ərzində Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd olunur ki, avqust ayı ərzində Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və xaricdə keçirdiyi antiterror əməliyyatları nəticəsində ümumilikdə 212 terrorçu məhv edilib.