TİNİ KOKS YENİDƏN AŞPA-NIN PREZİDENTİ SEÇİLİB

Niderlandlı parlamentari Tini Koks 175 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

AŞPA qış sessiyasında qurumun prezidenti və 20 vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

Qurumun Niderlanddan olan 69 yaşlı üzvü və AŞPA-nın 2021-2022-ci illərdə prezidenti olmuş Tini Koks 175 səslə yenidən Assambleyanın prezidenti seçilib.

Qeyd edək ki, niderlandlı parlamentariya rəqib ukraynalı parlamentari Oleksandr Merejko idi. O, 44 səs toplayıb.

Seçkilərdən sonra çıxış edən T.Koks ötən ilin Ukrayna-Rusiya müharibəsi ilə yadda qaldığını bildirib.

Sonra Ukrayna-Rusiya müharibəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.