“Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir.
Forumda 3 moderator və 21 spiker “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müxtəlif mövzular haqqında müzakirələr aparacaqlar.