“QALATASARAY” KLUBU KİMSƏSİZ QALAN UKRAYNALI UŞAQLARA KÖMƏK ETMƏK MƏQSƏDİ İLƏ YOXLAMA OYUNU KEÇİRƏCƏK

Türkiyənin “Qalatasaray” klubu Kiyev “Dinamo”su ilə yoxlama oyunu keçirəcək.

Matç Rusiya – Ukrayna müharibəsində kimsəsiz qalan ukraynalı uşaqlara kömək etmək məqsədi ilə oynanılacaq. Qarşılaşma aprelin 14-də İstanbulda təşkil olunacaq.

Məlumatı Ukrayna klubunun baş məşqçisi Mirça Luçesku təsdiqləyib.

Qeyd edək ki, hazırda Rumıniyada təlim-məşq toplanışında olan “Dinamo” aprel-iyun aylarında Avropa klubları ilə bir sıra yoxlama görüşləri keçirəcək. Klublar arasında Dortmund “Borussiya”sı (Almaniya) , PSJ (Fransa) , “Barselona” (İspaniya) və “Milan” (İtaliya) da var.