PREZİDENT İLHAM ƏLİYEV BP QRUPUNUN BAŞ İCRAÇI DİREKTORUNU QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.
Görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olunub.
BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edilib. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunulub, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulanıb.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb.