
Azərbaycan paraatleti Səid Nəcəfzadə İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.
İdmançı uzunluğa tullanma növündə 7,06 metr nəticə göstərərək birinci yeri tutub.
Xatırladaq ki, Səid Nəcəfzadə Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında bürünc medal əldə etmişdi.