PA RƏSMİSİ: BEYNƏLXALQ TƏŞKİLATLAR VƏTƏN MÜHARİBƏSİNDƏN SONRA AZƏRBAYCAN HÖKUMƏTİNİN PRİORİTETLƏRİNİ NƏZƏRƏ ALMALIDIR

Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir.

Bunu Prezident Administrasiyasının (PA) Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi zamanı deyib.

O qeyd edib ki, Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər.

“Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasının qarşısını alır”, – deyə o əlavə edib.