MÜDAFİƏ NAZİRLİYİ QARABAĞDA KEÇİRİLƏN ANTİTERROR TƏDBİRLƏRİ İLƏ ƏLAQƏDAR NÖVBƏTİ BRİFİNQ KEÇİRİR

Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə əlaqədar sentyabrın 19-da Müdafiə Nazirliyi brifinq keçirir.

Brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis, polkovnik Anar Eyvazov media nümayəndələrinə vəziyyət barədə məlumat verir.